Ramil İskəndərli BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək sessiyayada iştirak edəcək

SİYASƏT 31 yan 2024, 23:15
15-19 aprel 2024-cü il tarixlərində BMT-in üzv ölkələri, diplomatik missiyalar, dövlət və ictimai idarəetmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və milli qeyri-hökümət təşkilatları və digər strukturları təmsil edən ekspertlərin iştirakı ilə ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-nin Baş Qərargahında “İctimai İdarəetmə üzrə Ekspertlər Komitə”sinin 23-cü sessiyası keçiriləcəkdir.

QHT.az xəbər verir ki, sessiyanın mövzusu “Dayanıqlı İnkişaf Məqsədlərinin və yoxsulluğun aradan qaldırılması üçün yeni idarəetmə anlayışları”dır.



Sessiyada “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli BMT-nin ECOSOC komitəsinin Xüsusi Məşvərətçi Statusuna sahib olan QHT rəhbəri sessiya zamanı vətəndaşların rəqəmsal platformalardan istifadə etməklə ictimai xidmətlərə əlçatanlılığının təmin olunması mövzusu üzrə müzakirələrdə iştirakı və çıxışı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top