Tikinti bazarında bahalaşma var — SƏBƏBLƏR

İQTİSADİYYAT 30 yan 2024, 18:44
Azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri tikinti bazarında qiymətlərə də təsirsiz ötüşmür. İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə tikinti sektorunda canlanma daşınmaz əmlak bazarındakı dinamikliklə bağlıdır:



“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı görülən işlər də tikinti sektorunda canlanmaya səbəb olub. Bu da öz növbəsində tikinti materiallarına tələbi artırır. Bu amil qiymətlərə təsir edən sadə iqtisadi əsasdır. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə görülən işlər ölkədə tikinti bazarında qiymətlərdə müəyyən artımlara səbəb olur. Nəzərə alsaq ki, bu işlərin görülməsi üçün xaricdən idxal da həyata keçirilir, hələ uzun müddət azad olunmuş ərazilərdə tikinti-quruculuq davam edəcək. Düşünürəm ki, artıq Azərbaycanın tikinti bazarı bu prosesə tam uyğunlaşacaq”.


Törə Zeynallı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top