“Geyimlə yatırıq, yanımızda 2 litr su saxlayırıq, zəlzələyə öyrəşmişik” — FOTO

REGİON 27 yan 2024, 23:57
“Zəlzələ olanda yerimdə idim, gözümü açan kimi gördüm ki, çılçıraqlar yellənir. 10-na qədər saydım, düşündüm ki, 10-u keçsə artıq özümü çarpayıdan yerə atmalıyam. Daha çox evin künc hissələrində, divanın arxasında dayanmaq lazımdır. Bir-iki metodları öyrənmişik. Biz artıq zəlzələyə öyrəşmişik. Ona görə də panik hala düşmədim. İzmirdə hər evdə deprem çantası var. Yatağımın yanında 2 litr suyum da var. Üstəlik də telefon üstümdə olur. Demək olar ki, geyimlə yatırıq. Tək mən deyiləm, burada hamı geyimlə yatır. Hər an zəlzələdən qorunmaq üçün bu mütləqdir. Biz yüksəklikdəyik, qaya üstündə yaşayırıq. Amma bir az aşağı hissələrdə, dənizə yaxın ərazilərdə zəlzələ əməlli-başlı hiss olunub”

Bunu Moderator.az-a açıqlamasında İzmirdə yaşayan aktrisa Roza İbadova deyib. O daha sonra əlavə edib:

“Artıq 9 il olacaq ki, burdayam. Anam ildə iki dəfə gəlib yanımda qalır. İzmir zəlzələ bölgəsi olduğu üçün əzizlərimin yanımda olmasını istəmirəm. Ailə üzvlərimin gəlib burada mənə görə həyəcan yaşamasını qəbul edə bilmərm. 2018-ci ildə də zəlzələ baş vermişdi. 2022-ci ildə də güclü zəlzələ oldu. 150-dən çox insan həyatını itirmişdi. Yoldaşım Cihan dənizçi olduğu üçün çox vaxt dənizdə olur, orada çalışır. Tək olduğum üçün qabaqlayıcı tədbirləri özüm görürəm. Sonuncu zəlzələdə sonra İzmirdən çox insan müxtəlif ölkələrə getdi. Azərbaycana qayıdandanlar da çox idi. İlk illərdə çox qorxurdum. Xaraktercə çox möhkəm biriyəm. Allah yazıbsa, bu qədərimdə varsa yaşayacam. Bu yaxınlarda Azərbaycana gəlmişdim. Təsadüfən zəlzələ baş verdi. Türkiyəli dostlarım mənə yazmışdı ki, İzmirin zəlzələsini də özünlə Azərbaycana aparmısan. Sırf zəlzələyə görə köçüb getmək fikrim yoxdur. İnsan yaşa dolduqca vətənə dönmə sevgisi baş qaldırır. Yəqin ki, müəyyən yaşdan sonra vətənimdə yaşamağa davam edəcəyəm” deyə aktrisa Roza İbadova deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top