Texasdan 102 min miqrant başqa ştatlara aparılıb

DÜNYA 27 yan 2024, 11:00
ABŞ-da Texas ştatının hakimiyyəti qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi olaraq 102 mindən çox insanı Amerikanın digər ştatlarına daşıyıb.

“Report” xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Ebbotun ofisi məlumat yayıb.

Belə ki, 2022-ci il ərzində Vaşinqtona 12,5 mindən çox, Nyu-Yorka 37,5 mindən çox, Çikaqoya 31,2 min, Denver şəhərinə 16 min, Filadelfiyaya 3,4 min və Los-Ancelesə 1,5 min miqrant aparılıb. Ümumilikdə isə Texası 102,1 min qanunsuz miqrant tərk edib.

Qeyd edək ki, miqrant problemi ABŞ administrasiyası ilə Texas hakimiyyəti arasında qalmaqala səbəb olub.

Nəticədə Ağ Ev rəhbəri Co Bayden Texas hakimiyyətinə ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və Milli Qvardiya qüvvələrinin federal hökumətə yerləşdirildiyi sərhəd patrul postlarını təhvil vermək üçün 24 saat vaxt verib. Bu ultimatum bitdikdən sonra nə baş verəcəyi hələlik məlum deyil.

Texas Vaşinqtonun sərhədlərin bağlanmasına son qoymaq tələblərinə və təmas zonasına nəzarəti təhvil vermək ultimatumuna baxmayaraq, Meksika ilə sərhədində əlavə tikanlı məftillər çəkməyə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top