Baş Prokurorluqda kollegiya iclası keçirilir — FOTOLAR

HADİSƏ 26 yan 2024, 10:24
Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilir.

Demokrat.az xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edir.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verir.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top