16 yaşdan kiçiklərə sosial media qadağan edilir — QƏRAR VERİLDİ

DÜNYA 25 yan 2024, 22:30
ABŞ-nin Florida ştatının Nümayəndələr Palatası 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Demokrat.az
xəbər verir ki, qanun layihəsi 106 “hə” səsi, 13 “xeyr” səsi ilə qəbul edilib. 

Hansı sosial media şirkətlərinin bu qadağalardan təsirlənəcəyi ilə bağlı heç bir məlumat olmasa da, asılılıq yaradan bütün platformaların qadağan edildiyi bildirilib.

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi hesabları bağlamağı tələb edir. 

Qeyd edək ki, sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top