Bakıda iki bacıya xəsarət yetirildi — MƏHKƏMƏ

KRİMİNAL 25 yan 2024, 21:57
Bakıda iki bacıya xəsarət yetirən qadının barəsində cinayət işi başlanıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məleykə Bəkirova həmcinsləri – Dürdanə Abdullayeva və onun bacısı Xalidə Abdullayeva ilə mübahisə edib. Mübahisə zamanı Məleykə hər iki bacıya kəsici alətlə xəsarət yetirib.  

Hadisədən sonra saxlanılan Məleykə Bəkirovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Məleykə Bəkirovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası fevralın 1-nə təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top