Avtomobildə sıxışan 69 nəfər xilas edildi

REGİON 22 yan 2024, 22:30
Türkiyədə tufan və çovğun nəticəsində 22 avtomobildə sıxışan 69 nəfər xilas edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Muş vilayətində baş verib. Təxminən 4 saat bölgədə qapalı vəziyyətdə qalan 22 avtomobil və vasitələrdə olan 69 nəfər qruplar tərəfindən xilas edilib. 

Qar və fırtınanın təsirinə məruz qalan Muş-Mutki avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb. 

Vətəndaşlara digər yollardan istifadə edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top