Pul verib əsgərliyə getməmək olar? — Deputatdan AÇIQLAMA

GÜNDƏM 20 yan 2024, 23:10

Ödəniş edib hərbi xidmətə getməməklə bağlı məsələ gələcəyin işidir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Şəhidlər Xiyabanını ziyarət edən zaman jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edilməsi hələ gündəmdə deyil.

"Lakin bizdə də müddətdən artıq, yəni müqavilə əsasında hərbi xidmət var. Ordunun müəyyən hissəsi də müddətdən artıq hərbi xidmət göstərənlərdən ibarətdir. Gələcəkdə bu məsələ müzakirə oluna bilər. Bu yaxınlarda Ermənistanda da vaxtında xidmətdən yayınmaqla pul ödəyib vəsiqələrin alınması ilə əlaqədar qanun layihəsi qəbul olundu. Hələ biz buna keçməmişik. Bununla bağlı qanunvericilikdə maddə yoxdur. Ona görə hələlik həm çağırışla həqiqi hərbi xidmət, həm də müqavilə ilə müddətli hərbi xidmət var", - deputat vurğulayıb

Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müxtəlif yeni texnologiyalar, silahlar alınır.

"Onların idarə olunması üçün savadlı kadrlar lazımdır. Bunları məhz müddətdən artıq müqavilə ilə hərbi xidmət keçənlər idarə edirlər. Dron, raket texnologiyaları, tankları idarə etmək üçün ancaq ali təhsilli, oxumuş, savadlı insanlar lazımdır. Hər hansı çağırış əsasında xidmət edən şəxsə bunu etibar etmək olmaz. Ona görə bu gələcəyin işidir. Amma mütləq surətdə Müdafiə Nazirliyi tərəfindən müqavilə əsasında xidmət genişləndirilir. Çünki bu, NATO standartlarına uyğundur. Bizim ordumuz da NATO standartlarına uyğunlaşdırılır”, - Milli Məclisin deputatı belə deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top