Vətəndaş məmnunluğu yüksək səviyyədə təmin olunmalıdır — Vilayət Eyvazov

SOSİAL 19 yan 2024, 15:58
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib .

Qeyd olunub ki, lonkret tapşırıq və tövsiyələrini verən nazir, Baş İdarənin və onun struktur qurumlarının rəislərindən 2024-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə aparılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top