Seçkilərdən sonra ölkədə ciddi islahatlar olacaq — "Prezident anons verib"

DAXİLİ SİYASƏT 19 yan 2024, 13:07
Fevral ayının 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərin favorit lideri kimi İlham Əliyev görünür. İndiyə kimi bir sıra ictimai xadimlər, sənət adamları, ictimaiyyətin müxtəlif spektrlərinin nümayəndələri İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Modern.az növbədənkənar prezident seçkiləri ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovun da mövqeyini öyrənməyə çalışıb.

Saytımıza açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov vətəndaşların İlham Əliyevə səs verəcəyini bildirib:



“Kim namizədliyini irəli sürsə də, seçkinin favoriti İlham Əliyevdir. Çünki İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 20 il ərzində həm iqtisadi, həm siyasi sahədə gördüyü işlərlə, eyni zamanda Qarabağ torpaqlarını işğaldan azad etməklə ilk dəfə ölkəni ərazi bütövlüyünü təmin etdi. Çox suallar verirlər ki, niyə növbədənkənar seçkilər keçirilir. Bu, 30 il ərzində çoxlu seçkilər keçirmişik. Lakin heç vaxt seçkilər respublikanın bütün ərazilərini əhatə etməyib. Bunu nəzərə alaraq, dövlət başçısı 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsinə qərar verdi. Qərarın verilməsi düzgün və yerindədir. 7 nəfər namizəd təsdiqlənib. Aralarında deputat həmkarlarımız da var. Hamısına uğurlar arzulayıram. Amma seçkinin favoriti İlham Əliyevdir. Onun apardığı siyasət, Qarabağı azad etməsi onu göstərir ki, əhalinin hamısı ona səs verəcək".

Vahid Əhmədov seçkilərdən sonra bir çox hadisənin gözlənildiyini qeyd edib:

"Seçkilərdən sonra çox vacib hadisələr gözləyirik. Cənab prezident də yeni islahatların olacağı ilə əlaqədar anons verib. Bizim üçün ən böyük problem olan Qarabağ məsələsi öz həllini artıq tapıb.İndi bizim üçün ən ciddi  məsələlərdən biri əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, bu sahədə müəyyən islahatlar həyata keçirməkdir".

Bəs Vahid Əhmədov harada səs verəcək?

Milli Məclisin deputatı suala cavabında deyib: "Seçki dairəsinin adı yadımda deyil, ancaq Nəsimi rayonunda ailəmlə bir yerdə səs verəcəm. Səsim İlham Əliyevədir. Orada ikinci favorit yoxdu axı ona səs verim".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top