Başqırdıstanda ara qarışdı, ermənilər azərbaycanlıları evlərindən çıxarır — Putinə təcili hesabat göndərildi

DÜNYA 18 yan 2024, 15:51
Xəbər verildiyi kimi, Başqırdıstanda yerli hakimiyyətə, eləcə də Rusiya Prezidenti Vladimir Putinə qarşı etiraz dalğası başlayıb.

Əhalisinin sayına görə Rusiya Federasiyasının ən böyük subyekti olan Başqırdıstanın Baymak bölgəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Minlərlə insanın iştirakı ilə keçirilən nümayiş zamanı “Rosqvardiya” maşınları da görünüb.

Konkret.az Başqırdıstandakı son durumu araşdırıb.

Məlum olub ki, ölkənin ən uğurlu liderlərindən biri olan Murtuza Рəhimovdan sonra prezident təyin edilən Radiy Xabirovun dövründə əhalinin vəziyyəti xeyli pisləşib. “Milli ədavəti qızışdırmaq” ittihamı ilə 4 il azadlıqdan məhrum edilən fəal Fail Alsinovun azadlığa buraxılmasını tələb edən əhali isə əsas günahı ermənilərdə görür.

Məsələ burasındadır ki, Radiy Xabirovun ikinci həyat yoldaşı ermənidir.

Karine Vladimirovna Xabirova (əvvəlki adı Karine Avetisyan-Babayan) bütün ölkəni erməni mafiyasının ixtiyarına verib. Fəal Fail Aslinov bu məsələni ictimailəşdirərkən bildirib ki, Karine erməni “qanuni oğru”nun bacısıdır. Bütün tikinti tenderləri, yollar, meşə massivləri, sanatoriyalar erməni iş adamlarına satılıb. Erməni mafiyasının Xabirovla işbirliyi nəticəsində xalq səfalət içində yaşayır. Böyük pullar bir qrupun əlində cəmləşib. Rusiya hakimiyyət dairələrini ələ alan erməni iş adamları Karinenin himayəsi altında hüquq-mühafizə orqanları ilə də “dil tapıb”.

Başqırdıstanda etnik türklərə, eləcə də azərbaycanlılara qarşı təbliğat Karinenin “fədakarlığı” sayəsində geniş vüsət alıb. Karinenin birinci nikahdan olan oğlu Artur Avetisyan başqırd xalqının xilaskarı kimi təqdim edilir. Vəziyyət o dərəcədə təhlükəli xarakter alıb ki, Qarabağdan köçən ermənilərin Başqırdıstanda azərbaycanlıların evlərində yerləşdirmək istəyirlər. Hazırda bütün proseslər Kremlin nəzarəti altında olsa da, vəziyyət tam sabitləşməyib. Moskva qorxur ki, narazılıq digər respublikalara da keçər. Xüsusi xidmət orqanları Başqırdıstandakı son durumla bağlı Kremlə ilkin hesabat hazırlayıb. Vladimit Putinə Karine Xabirova və onun mafiyası haqqında geniş məlumat verilib.

Əldə etdiyimiz son məlumatda isə Başqırdıstanda artıq internetə məhdudiyyətlərin qoyulduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top