Dostların içki məclisində qanlı DAVA

KRİMİNAL 18 yan 2024, 13:39
Bakının Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Saqil münaqişə zamanı tanışı Canpoladı bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 6-da baş verib. Saqil yaşadıqları mənzildə tanışı Canpoladla aralarında mübahisə yaranıb. Mübahisə zamanı mətbəx bıçağı ilə Canpoladın döş qəfəsindən vurub. 

Hadisəni törədən Saqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Canpoladı təxminən 5 il olar tanıyır: “Mən taksi fəaliyyəti ilə məşğul olmuşam. Taksi duracağın yeri Suraxanı rayonu, Balaxanı qəsəbəsində “qaraçı” kimi tanınan ərazidə avtomobilimi saxlamışam. Canpoladı da ilkin olaraq işim ilə əlaqədar olaraq tanısam da, sonradan onunla dostluq münasibəti saxlamışıq. Ara-sıra Canpoladla müxtəlif kafelərdə yeyib içirdik”. 

Təqsirləndirilən şəxs deyib ki, martın 6-da, saat təxminən 13-14 radələrində Canpoladla telefon əlaqəsi saxlayıb: “Canpolad məni yaşadığı evə yeyib-içməyə dəvət etdi. Bu zaman Canpolada 20-25 dəqiqəyə gələcəyimi bildirdim. Təxminən 20-25 dəqiqə sonra Canpoladın yaşadığı evinə getdim. Canpoladın yaşadığı evə çatanda, o, artıq sərxoş vəziyyətdə olub. Canpoladla mətbəxdə süfrənin arxasına keçərək yeyib-içməyə başladıq. Araq şüşəsinin içərisində süfrənin arxasına oturduqda artıq təqribən 350 qram araq qalmışdı. Həmin arağı Canpoladla ikimiz içdik. Süfrədə olan yeməklərdən yedik. Yeyib-içdikdən sonra süfrədən qalxaraq Canpoladın yaşadığı evdən çıxıb öz yaşadığım evə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 7-də, səhər saat təxminən 07.30-da evdən çıxaraq övladlarını bağçaya aparmaq istəyərkən, bir nəfər polis əməkdaşı ona yaxınlaşıb və onu polis idarəsinə dəvət edib: “Razılaşaraq polis idarəsinə gəldim. Sonra Canpoladı bıçaqlandığım mənə məlum oldu. Polis əməkdaşları tərəfindən mənə zor tətbiq edilib. Canpoladın bıçaqlanmağı ilə əlaqəm olmadığını bildirdim. Tanışım polis əməkdaşının səyi nəticəsində digər polis əməkdaşları mənə zor tətbiq etməyi dayandırdı. Sonra barəmdə həbs qətimkan tədbiri seçildi”. 

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün 18.15-də Canpoladın evindən çıxıb: “Bu zaman içkili olsam da, sərxoş olmamışam. Evin yanında domino oynadıqdan sonra evə daxil olmuşam. Zərərçəkmiş Canpolad nadinc insan olub. Əksər zaman süfrə başında oturarkən kimisə və ya özünü bıçaqlamaqdan danışıb. Canpolad özü-özünə zədə yetirib və ya məndən ayrılandan sonra başqa bir ilə görüşüb”. 

İş üzrə zərərçəkmiş Canpoladın sözlərinə görə, Saqil ilə təqribən beş il olar dostluq ediblər: “Bu müddət ərzində Saqil ilə münasibətlərimiz yaxşı oldu. Martın 6-da yaşadığım mənzildə təqribən 13 radələrindən etibarən evində olan kustar üsul ilə hazırlanmış arağı içməyə başladım. Spirtli içkidən içərək evdə olan yeməkdən yedim. Bir az sonra Saqili çağırmaq qərarına gəldim. Saqil ilə daha əvvəllərdə dəfələrlə oturub yeyib içmişik. Saqilin istifadəsində olan mobil telefonuna zəng edərək çağırdıqda Saqil yaxında olduğunu və qısa müddətdə gələcəyini bildirdi. Bu zaman bir qədərdə yemək hazırladım ki, Saqil gələndə içki ilə yeməyə masanın üzərində nəyisə olsun. Az sonra Saqil gəldi və birlikdə içki içməyə başladıq. Saqil gələnədək artıq xeyli içki içdim. Bundan sonra Saqil ilə içməyə davam etdik. Bir qədər spirtli içki kustar üsul ilə hazırlanmış arağı içdikdən sonra Saqilin artıq özünü idarə edə bilmədiyini hiss etdim. Ona evinə getməyi təklif etdim. Lakin Saqil qalaraq içməyə davam edəcəyini bildirdi. Ancaq Saqilin vəziyyətinin yaxşı olmadığını gördüm. Ona evə getməsində israr etdim. Bu zaman Saqil məni söyüş söyərək təhqir etdi. Mən də söyüşünün cavabında Saqilə dostcasına başından əlim ilə sürtdüm və “ağıllı ol, qabağındakı mənəm” deyə bildirdim”. 

Zərərçəkmiş qeyd edib ki, bu zaman Saqil masanın üzərində olan, alma doğramaq üçün istifadə etdikləri mətbəx bıçağını götürüb, onun döş hissəsinə və qarın  nahiyəsinə zərbələr endirib: “Bu zaman yerə yıxıldım. Saqil isə həyəcanlı bir şəkildə əlindəki bıçağı çıxış qapısının yanında olan ayaqqabı rəfinin üzərinə qoyaraq evdən getdi. Bu zaman ayağa qalxaraq yatağım olduğu qonaq otağına keçdim. Həmin otaqda yatağın üzərinə uzanaraq yatmaq istədim. Həmin otaqda yatağın üzərinə uzanaraq yatdım. Oyandıqdan sonra yatağın bütün qan olmasını gördüm. Evin sahibi olan qonşum Rafiqə xəbər vermək qərarına gəldim. Birtəhər evdən çıxaraq Rafiqi çağırdım və ona yaralı olduğumu bildirdim. Rafiq hadisənin necə baş verməsini soruşdu. Mən də ona Saqil ilə yeyib-içmiş sonra isə Saqil bıçaqla vurduğunu dedim. Bu zaman Rafiq təcili tibbi yardım çağırdı və təcili tibbi yardım gələnədək buz və bint gətirərək mənə tibbi yardım göstərdi. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəldi. Həkimlərin müşayiəti ilə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirildim. Hadisə vaxtı Saqil mənə 2 bıçaq zərbəsi yetirdi. Saqildən başqa evə kimsə gəlməyib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saqil 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top