Bayram Nurlu: “Ona yemişi pis yedirdəcəyəm”

ŞOU-BİZNES 18 yan 2024, 10:54
Sosial şəbəkə fenomeni Bayram Nurlu “Instagram” səhifəsini oğurlamaq istəyən şəxsə səslənib.

Demokrat.az xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın oğurlanan səhifəsində son paylaşımla təhdid edilən Bayram həmin şəxsi hədələyib:

“Haranın tulasısan, bilmirəm. Qıra bilirsənsə, səhifəmi qır. Səhifəm hər saat qorunur. Əgər bu şəxs xaricidirsə, anlamıram xaricdə ulduz, fenomen qutardı ki, keçdi azərbaycanlılara? Bu kimdirsə, bizimkidir. Qarpızı yeyib, indi yemişi axtarır. Ona yemişi pis yedirdəcəyəm. Ay tula, belə səhifə qıransansa, get, Kim Kardaşyanın səhifəsini qır!”

Qeyd edək ki, Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq “Instagram” hesabı oğurlanıb. Sənətçinin səhifəsi oğurlanandan sonra bütün foto və videolar silinib. Artıq iki gündür ki, onun səhifəsini geri qaytarmaq üçün iş aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top