Bakıda küləyin sürəti artıb — Faktiki hava

SOSİAL 17 yan 2024, 15:23
Ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top