Yataqxanada 95 tələbə zəhərləndi

HADİSƏ 15 yan 2024, 23:27
Türkiyədə yataqxanada qalan 95 universitet tələbəsi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kastamonu vilayətində baş verib.

Bölgədəki Hüma Hatun Qızlar Yataqxanasında axşam saatlarında yemək yeyən tələbələr bu səhər ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya müraciət ediblər. 

95 tələbə xəstəxanaya yerləşdirilib və qida zəhərlənməsi şübhəsi ilə tibbi yardım göstərilib. 

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top