Bakıda “Toyota Prius”lar toqquşub, xəsarət alan var

HADİSƏ 11 yan 2024, 00:30
Bakının Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza “20 Yanvar” dairəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, digər eyni markalı avtomobillə toqquşub.

Hadisədə bir nəfər xəsarət alıb.

Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəzaya uğramış minik avtomobilləri deformasiyaya uğrayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top