Sirk binaları hansı təhlükəsizlik standartlarına cavab verməlidir? — AÇIQLAMA

GÜNDƏM 10 yan 2024, 16:59
“Sirklər də kütləvi tədbirlərin keçirildiyi məkanlar sırasındadır. Belə məkanların təhlükəsizlik normal və standartlarına uyğun olmasına diqqt edilməlidir. Nəzərə almaq lazımdır ki, tədbirlərdə xeyli sayda insan bir yerə toplaşır, ona görə də burada texniki təhlükəsizlik, sanitar normalar, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, obyektin fiziki qorunması yarana biləcək təhlükələrin və fövqəladə halların qarşısını ala bilər”. 

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. 

O qeyd edib ki, binanın özünün dayanıqlığı və oradakı avadanlıqların, qurğuların, invertarların, atraksionların hər biri normativlərə cavab verməli və sertifikasiyası olmalıdır: 

“Bunlar daim saz vəziyyətdə saxlanılmalı, deformasiya və karoziyadan qorunmalıdır ki, istifadə müddəti bitmədən yararsız vəziyyətə düşməsin. 

Kütləvi tədbirlərin keçirildiyi yerlərdə FHN tərəfindən yoxlamalar aparılırsa və nöqsanlar aşkar olunursa, bunların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bu cür məkanlarda hadisə baş verəcəyi təqdirdə insanların təxliyəsi üçün də infrastruktur olmalı, işçi heyəti bu mövzuda maarifləndirilməlidir ki, bədbəxt hadisə fəsadsız və ya minimum zərərlə ötüşsün”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top