“Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub”

HADİSƏ 09 yan 2024, 15:07

“Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara məlumat verib”.
 

“Qafqazinfo” xəbər verir ki, bunu hadisə yerində açıqlama verən baş prokuror Kamran Əliyev deyib.


K.Əliyevin sözlərinə görə, dərhal mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb, qısa müddətdə yanğının qarşısı alınıb.
 

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top