Körpələr xəstəxanadan belə çıxarıldı — VİDEO

HADİSƏ 09 yan 2024, 08:35

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
 

Demokrat.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yeni məlumat yayıb.
 

Bildirilib ki, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri təxliyə işlərini həyata keçirib.
 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
 

Qeyd edək ki, hazırda körpələr Mərkəzdən təxliyə edilir.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top