Mahir Emreli ciddi zədə alıb

İDMAN 07 yan 2024, 10:30
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.

“Report”un “sportklub.n1info.hr” saytına istinadən məlumatına görə, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb.

Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.

Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top