DSX batmaqda olan qayığın şəxsi heyətini xilas edib — FOTOLAR

GÜNDƏM 03 yan 2024, 13:55

Ötən il dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib. 

Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Ramiz Əliağa oğlu Rəhmanov və 1982-ci il təvəllüdlü Zərif Əhəd oğlu Hümmətov sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top