Qəzzada öldürülən jurnalistlərin sayı 106 nəfərə çatdı

DÜNYA 30 dek 2023, 23:01
İsrail ordusu şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 84 gün ərzində 106 fələstinli jurnalisti qətlə yetirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.

Açıqlamada, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüsayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda daha bir jurnalistin öldüyü bildirilib. 

Həmçinin, Əl-Qüds kanalının müxbiri Cebr Əbu Hedrusun hücumda öldüyü, beləliklə, 7 oktyabrdan bu yana Qəzzada həyatını itirən jurnalistlərin sayının 106-ya yüksəldiyi bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top