Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140 tipli sərnişin təyyarəsi qəzaya uğramasından on beş il ötür.
Adalet.az saytı xəər verir ki, 18 il əvvəl -2005-ci il dekabrın 23-də Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub.
Azərbaycan tarixində dekabr ayında baş verən təyyarə qəzaları Bildiyiniz kimi 1988-ci ildə zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonu yaxınlığında “Stinqer” raketi ilə vurulub. Sovet dönəmində erməni qüvvələrinin israrı ilə həmin terror hadisəsi tarixə qəza kimi düşdü. Hadisə nəticəsində təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın humanitar yük gətirən “An-12” təyyarəsini də vurub.
Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzalarından biridə məhz dekabr ayına düşür. Belə ki, həmin qəza 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.