Göbələk zəhərlənməsi qaraciyər çatışmazlığına səbəb ola bilər

SOSİAL 20 dek 2023, 19:26
Göbələk zəhərlənməsi orqan çatışmazlığına səbəb ola bilər.

Demokrat.az
xəbər verir ki, bununla bağlı mütəxəssislər xəbərdarlıq ediblər.

Belə ki, göbələk yedikdən sonra ilk 6 saatın vacib olduğu vurğulanıb. 

Xəbərdarlıq edilib ki, göbələk zəhərlənməsi bir çox orqanlara, xüsusən də qaraciyər çatışmazlığına səbəb ola bilər.

Təcili Tibb Mütəxəssisi Prof. Dr. Halil Kaya son vaxtlar artan göbələk zəhərlənməsi ilə bağlı danışıb.

"Göbələk zəhərlənməsi çox sadə şikayətlərdən tutmuş qaraciyər çatışmazlığı və qaraciyər transplantasiyası kimi çox dramatik nəticələrə qədər ciddi klinik vəziyyətlərə səbəb ola bilər. Bu da ciddi xəstəliklərə yol aça bilər. Göbələyi qızdırdıq, bişirdik, dondurduq, zəhərliliyi aradan qalxdı kimi yanaşmaq doğru deyil. Çünki istiyə davamlıdırlar. Ona görə də toksinin təsiri keçmir və buna xüsusi diqqət yetirmək lazımdır. göbələk zəhərlənməsi bir çox orqanlara, xüsusən də qaraciyər çatışmazlığına səbəb ola bilər.

Göbələk zəhərlənməsi  ürəkbulanma, qusma və ishal şikayətləri ilə başlayır.

O ürəkbulanma və qusmanı aradan qaldırmaq üçün aktiv kömür tətbiqi və dərman qəbulunun zəruri olduğunu bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top