Bakıda qardaş bacısına xəsarət yetirdi

KRİMİNAL 08 dek 2023, 18:56
Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Ramil bacısı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. Ramil yaşadığı evin həyətində bacısı Səbinə ilə kirayəşinin evdən çıxartdırmaq istəməsi səbəbindən ailə-məişət zəminində aralarında mübahisə yaranıb. 

Baş vermiş mübahisə zamanı Ramil əli ilə bacısının çiynindən vurub. Sonra bir dəfə təpiklə sağ buduna vuraraq, ona xəsarət yetirib. 

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, qardaşı Ramil yaşadıqları fərdi evdə Namil adlı kirayəçi saxlayıb: “Kirayəçi Namilin kirayə pulunu vaxtında ödəmədiyindən qardaşıma onu evdən çıxarmasını bildirdim. Bu zaman qardaşım buna etiraz etdi”. 

Zərərçəkmiş bildirib ki, 27 iyul 2023-cü ildə, saat 11.00-da Namilin kirayə pulunu gecikdirməsi səbəbindən onu evdən çıxaracağını bildirdiyi zaman Ramil onunla mübahisə edib: “Mübahisə zamanı Ramil məni vuraraq xəsarət yetirdi. Mənim heç bir şikayətim və tələbim yoxdur”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top