Şəkidə iki nəfəri sahibsiz it dişləyib

HADİSƏ 07 dek 2023, 23:59

Şəkidə iki nəfəri sahibsiz it dişləyib.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında iki nəfər Şəki şəhər sakini, 50 yaşlı Yaşar Şahid oğlu Kaşiyev və rayonun Oxut kənd sakini Seyidəmi Üzeyir oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.

Onlara xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top