Türkiyədə 41 miqrant tutulub, miqrant qaçaqmalçılığı iddiası ilə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Sahil Mühafizəsi Komandanlığı miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində əməliyyat təşkil edib.
Əməliyyat çərçivəsində 41 nəfər miqrant saxlanılıb.
Həmçinin, 2-si Türkiyə vətəndaşı olmaqla 4 nəfər şübhəli qanunsuz keçidə yardım etdikləri üçün saxlanılıb. Saxlanılanlardan birinin 19 cinayət törətdiyi müəyyən edilib.
Saxlanılan 4 nəfərdən Türkiyə vətəndaşları olan 2-si həbs edilib, digər 2 nəfər isə məhkəmənin qərarı ilə ev həbsinə məhkum edilib.
Aysu
Demokrat.az