Mozambikdə vəba epidemiyasına 1100 yeni yoluxma aşkarlandı

DÜNYA 05 dek 2023, 21:38
Mozambikdə başlayan vəba epidemiyasında son iki həftədə 1100 yeni yoluxma halının aşkarlandığı bildirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Mozambik Səhiyyə Nazirliyi məlumat yayıb.

Mozambikin şimalında baş verən epidemiyada son iki həftədə 1100 nəfərdə vəbaya yoluxduğu, 2 nəfərin isə epidemiya səbəbindən öldüyü bildirilib.

Digər tərəfdən, ölkənin şimalındakı bir çox bölgədə epidemiya riskinin olduğu vurğulanıb.

Mozambikdə 2022-ci ilin sentyabr ayında başlayan vəba epidemiyası səbəbindən indiyədək 153 nəfər ölüb, 40 mindən çox hadisə qeydə alınıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top