"Qəbul olunan qanun layihəsi ordumuzun gələcəyi üçündür” — AÇIQLAMA

GÜNDƏM 05 dek 2023, 20:40
Hərbi qulluqçuların pensiya yaşının artırılmasının müxtəlif səbəbləri var. Peşəkar ordunun formalaşması istiqamətində görülən işlər, ordunun təchizatında hazırkı müasir silah-sursatdan istifadə etmək qabiliyyətinə malik hərbi kadrların təcrübəsindən səmərəli istifadə olunması, həmçinin onların pensiya təminatında artımların edilməsi də nəzərdə tutulur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, qəbul edilən dəyişikliklər ordunun inkişafı və təkmilləşməsinə, hərbçilərimizin həm pensiya təminatının, həm də qulluq və təhsil şəraitinin yaxşılaşdırılmasına xidmət edir:

“Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordumuz hər zaman döyüş hazırlığını yüksək səviyyədə saxlayır və buna məcburdur. Çünki qonşularımızın kimlər olduğu məlumdur, onların niyyətlərinin nə olduğu da. Qalib ordumuz  xalqımız və Prezidentimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Nə cənab Prezident Milli Məclisə hərbçilərimizin zərərinə olan qanun layihəsi göndərər, nə də Milli Məclis onların xeyirinə olmayan qanun layihəsini qəbul edər. Qəbul olunan qanun layihəsi ordumuzun və orada xidmət edən şəxsi heyətin gələcəyi üçündür”.

Qeyd edək ki, hərbi qulluqçuların təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmət keçmə tələbi artırılır. Qəbul edilən dəyişikliyə əsasən hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top