Rusiya XİN-dən Lavrov-Bayram görüşü ilə bağlı AÇIQLAMA

XARİCİ SİYASƏT 05 dek 2023, 13:50
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.

Demokrat.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib", - deyə məlumatda bildirilir.

Ruisya XİN bildirib ki, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edib. 

"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq Qarşlıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib. 

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən "Xəzər beşliyi" çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüş Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Moskvada keçirilən iclası çərçivəsində baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top