Tramp: “Bütün dünya ABŞ-nin banan respublikasına çevrilməsini seyr edir”

DÜNYA 05 dek 2023, 00:10

“Bu gün bütün dünya ABŞ prezidenti Co Baydenin hərəkətləri ucbatından ABŞ-nin necə banan respublikasına çevrildiyini izləyir”.

Bu fikirləri keçmiş ABŞ prezident Donald Tramp deyib.

“Co Baydenin siyasi rəqibinə qarşı strategiyası getdikcə daha radikallaşır və çılğınlaşır. Bütün dünya ABŞ-nin banan respublikasına çevrilməsini seyr edir. Bayden bu plandan əl çəkməli və çox keçmədən onu dayandırmalıdır”, - deyə Tramp “Truth Social” səhifəsində yazıb.

O, həmçinin vurğulayıb ki, onun seçicilər arasında dəstəyi yüksəlir və bəzi yerlərdə rekordlar qırır.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top