Xankəndi stadionunda təmir işləri nə yerdədir? — Nazir açıqladı

GÜNDƏM 04 dek 2023, 15:55
"Xankəndi şəhər stadionunda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir".

Bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Təmirdən sonra oyunlar keçiriləcək. Xankəndi şəhər stadionunda davamlı oyunların keçirilməsini planlaşdırırıq", - nazir əlavə edib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən stadionda ilk oyunun dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Matçın Azərbaycan kubokunun 1/8 finalında "Qarabağ” – MOİK  arasında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top