Xoşqədəm bunu Doğuşa qadağan etdi

ŞOU-BİZNES 03 dek 2023, 17:00
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşa qoyduğu qadağadan danışıb. 

Axşam.az xəbər verir ki, bu haqda o, "Günaydın, Azərbaycan" proqramında danışıb. Aparıcı bildirib ki, Doğuşa başqa ölkəyə gedəndə biznes sinfində uçmağa icazə vermir. 

"Bizi ekonom siniflə bir pərdə ayırır. Nəyə lazımdır? Hansısa konsert olanda, şirkət qarşılayanda, ola bilər. Amma özümüz gedəndə heç vaxt biznes siniflə uçmuruq. Bizim bütün qazancımız övladlarımızın təhsilinə xərclənir" deyə, Xoşqədəm söyləyib. 

Doğuş isə "Qəza olanda biznes sinifdə oturanlar cənnətə düşməyəcək ki... Hamı öləcək" sözlərini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top