Rusiyanın paytaxtı Moskvadan səmaya qalxan təyyarə Yujno-Saxalinsk hava limanında məcburi eniş edib.
Demokrat.az xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.
Qeyd edilir ki, dekabrın 1-də Moskva vaxtı ilə 1:34 (Bakl vaxtı ilə saat 2:34) təyyarə Yujno-Saxalinsk hava limanına enib.
"Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinə "Aeroflot"a məxsus "Boeing 737" təyyarəsinin Yujno-Saxalinsk hava limanında qəza eniş etməyə hazırlaşdığı barədə məlumat daxil olub", - mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub ki, eniş insidentsiz həyata keçirilib və xəsarət alan olmayıb. Təcili enişin səbəbləri açıqlanmır.