İsrail daha 40 fələstinlini həbs etdi

DÜNYA 30 noy 2023, 21:14
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 40 fələstinlini həbs edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyindən məlumat verilib.

Məlumatda, İsrail qüvvələrinin Şərqi Qüds və İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlar təşkil etdiyi bildirilib.

Həmçinin sözügedən basqınlar zamanı 40 fələstinlinin nəzarətə alındığı, oktyabrın 7-dən bu yana İsrail ordusunun İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxladığı fələstinlilərin sayının 3365-ə çatdığı bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top