Dünyanın ən bahalı şəhərləri açıqlandı

DÜNYA 30 noy 2023, 19:10
Dünyanın bu il üzrə ən bahalı şəhərləri açıqlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə məlumatlar Economist Intelligence Unit (EIU) hesabatında öz əksini tapıb.

Belə ki, Sinqapur və Sürix bu il dünyanın ən bahalı şəhərləri olub. 

Onların ardınca Cenevrə, Nyu-York və Honq Konq şəhərləri gəlib.

Qlobal yaşayış böhranının hələ bitmədiyi ilə bağlı xəbərdarlıq edilən hesabatda 200-dən çox mal və xidmətin yerli valyutada qiymətlərinin hər il orta hesabla 7,4 faiz artdığı bildirilib. Hansı ki, ötən il bu rəqəm 8,1 faiz olub.

Qeyd edək ki, Sinqapur müxtəlif kateqoriyalar üzrə ən yüksək qiymət səviyyəsinə görə son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top