Ali Məhkəmədə Misir Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirildi

XARİCİ SİYASƏT 29 noy 2023, 18:15
Azərbaycan Respublikasının Ali Məhkəməsində Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti  ilə görüş keçirilib. 

Görüşdə qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan və Misirin məhkəmə-hüquq sahəsində münasibətlərinin daha da genişlənməsi üçün imkanların olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. 
Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top