MEDİAlab jurnalistlərimizin formalaşmasına imkan verəcək — Əhməd İsmayılov

MEDİA 29 noy 2023, 12:54
Bu gün Azərbaycan Medianın İnkişafı Agentliyi və media subyektlərinin, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin imza atdığı memorandum, eyni zamanda, MEDİAlab layihəsi çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizdə milli kadr potensialının formalaşmasına və ali təhsil müəssisələrindən məzun olmuş gənclərin rəqəmsal mühitdə işlə təmin olunmasına ciddi təkan verəcək.

Demokrat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bu layihənin əsas məqsədi media subyektlərində çalışmaq istəyən gənclərimizin dövlət tərəfindən stimullaşdırılmasıdır. Bu, həmçinin yaxın gələcəkdə Azərbaycanda həm yeni milli media məhsullarımızın, eləcə də jurnalistlərimizin formalaşmasına imkan verəcək

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top