Vəkillər Binəqədi bələdiyyəsinin sədrinə və bacısına bəraət istədi

KRİMİNAL 28 noy 2023, 18:14
Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə İlknur Əliyevanı*n vəkili çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs heç kimin etibarından sui-istifadə etməyib. Qeyd edib ki, müdafiə etdiyi şəxs qızıl alveri ilə məşğul olmayıb, heç kimə qarşı dələduzluq etməyib. 

Vəkil qeyd edib ki, bu iş cinayət işi yox,, mülki xarakterli iş olub. Bildirib ki, təqsirləndirilən şəxslərlə zərərçəkmişlərin arasında olan pul məsələsi mülki xarakterli məsələdir.

Vəkil müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olmasının nəzərə alınmasını istəyib. Həmçinin onun hamilə olduğunu da deyib. 

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi yoxdur. O, İlknur Əliyevanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Digər təqsirləndirilən Aytac Əliyevanın vəkili Ceyhun Yusifov da müdafiə nitqi ilə çıxış edib. Ümumilikdə bu cinayət işinin 46 dəfə məhkəmə iclasının keçirildiyi deyən vəkil deyib ki, ittiham aktında yazılanlar Məlikməmmədin nağılına bənzəyir. Vəkil deyib ki, bu işin ibtidai istintaqının Bakı Şəhər Baş Polis İdarəsində aparılması qanunsuzdur. Aytac Əliyevanın ictimai xadim olduğunu deyən vəkil onun barəsində il yarımda 20 dəfə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib: "Kimlərinsə xətrinə dəyməsin deyə 2 ildir Aytac həbsdə saxlanılır. Aytac ağır cinayətlərdə ittiham verilib, bu da fırziyələrdir".
Ceyhun Yusifov deyib ki, Aytac Əliyevanın ittiham olunduğu maddələr üzrə barəsində cinayət tərkibi yoxdur: "Bu formada istənilən adama böhtan atmaq olar. Bir şəxsin həyatını məhv etmək düzgün deyil. Məhkəmədən ədalətli qərar gözləmirəm. Aytacın əməlində ictimai təhlükəli heç nə görmürəm. Buna görə də ədalətli qərar verilməsini istəyirəm".

Vəkil əlavə edib ki, Aytac Əliyeva ankoloji xəstədir. Vəkil Aytac Əliyevanın ictimai xadim olmasını, həmçinin xəstə olmasının nəzərə alınmasının istəyib. 

Daha sonra Aytac Əliyeva son söz deməyə hazırlaşmaq üçün vaxt istəyib.

Daha sonra çıxış edən zərərçəkmiş Turanə Məmmədli bildirib ki, vəkillərin çıxışı ilə razı deyil. Onun sözlərinə görə, prokuror təqsirləndirilən şəxslərdən birinə 

Növbəti proses dekabrın 5-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Turkutun isə 8 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.
İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.
Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top