General İqbal Babayevə yüksək vəzifə verildi — FOTO

DAXİLİ SİYASƏT 23 noy 2023, 17:34
Dövlət Gömrük Komitəsi sədrinin keşmiş müavini, general İqbal Babayevə yeni vəzifə verilib.

Bakupost.az -ın əldə etdiyi xəbərə görə, o, Azərbaycan -Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.
Bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edek ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.

1990-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə Azərbaycan Republikasının Prezidentinin 252 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə Azərbaycan Republikasının Prezidentinin 2631 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top