Məhkəmə Ülvi və Sevinclə bağlı həbs qərarı verdi

GÜNDƏM 21 noy 2023, 20:19

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) məhkəməyə çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, qaçaqmalçılıqda ittiham olunan təqsirləndirilənlər barəsində qətimkan tədbiri seçiləcək.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top