Fırtına və güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

HADİSƏ 20 noy 2023, 19:57
Türkiyəni təsir altına alan fırtına və şiddətli yağış ölümlə nəticələnib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə daxilində sel, fırtına və şiddətli yağışlar nəticəsində 9 nəfər həyatını itirib. 50 nəfər isə yaralanıb.

Bundan əlavə itkin düşən 11 gəmi personalının axtarıldığını bildirilib.

Ölkəyə təsirini davam etdirən leysan yağışlar bir çox rayonlarda daşqınlara səbəb olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top