“Golden Boy” mükafatının qalibi məlum oldu

İDMAN 17 noy 2023, 22:45
"Real Madrid"in ingilis ulduzu Cud Bellinqhem Avropada 21 yaşa qədər ən yaxşı gənc oyunçuya verilən "Golden boy" yəni “Qızıl oğlan” mükafatını qazanıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İngilis futbolçu mükafatını dekabrın 4-də İtaliyanın Turin şəhərində keçiriləcək mərasimdə alacaq.

Bellinqhemin komanda yoldaşı, 18 yaşlı futbolçu Arda Gülər ​​də 25 namizəd arasında olub.

Qeyd edək ki, Avropanın “Ən gənc qızıl oğlanı” İspaniyanın “Barselona” komandasında çıxış edən 16 yaşlı Lamine Yamal seçilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top