Kəşmirdə avtobus aşıb, 38 nəfər ölüb

DÜNYA 15 noy 2023, 19:13
Cammu və Kəşmir ərazisində avtobusun aşması nəticəsində azı 38 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Doda rayonu yaxınlığında dağlıq ərazidə baş verib. Avtobus Kiştvaradan Cammuya doğru hərəkət edirmiş. Bu zaman 200 metr dərinliyə yuvarlanıb. Avtomobildə 55 nəfər olub.

Hindistanın Baş naziri Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top