NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.
“RİA Novosti” xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib.
Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş.
Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib. (Oxu.az)