Efirdə Cavan Zeynallı ilə evlənmək istədiyini dedi

ŞOU-BİZNES 12 noy 2023, 00:05

Xalq artisti Cavan Zeynallı ilə ailə qurmaq üçün Lətifə adlı xanım efirə çıxıb.

Demokrat.az axsam.az-a istinadən xəbər verir ki, sözügedən hadisə “Elgizlə izlə” verilişində baş verib. Lətifə C.Zeynallının gənc yaşlarından pərəstişkarı olduğunu söyləyib:

“Siz əsl cazmensiz. Siz royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox üzüldüm və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər”.

Onun bu sözlərinə isə C.Zeynallı belə cavab verib:

“Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Mən tək deyiləm. Mənim həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olurlar, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur”.  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top