Terror hücumu nəticəsində türk əsgəri şəhid oldu

REGİON 04 noy 2023, 23:25
Türkiyənin Van vilayətində baş verən terror hücumu nəticəsində 1 türk əsgəri şəhid olub.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Van vilayətində terror qruplarının yola öncədən yerləşdirdiyi partlayıcı silahlar nəticəsində Ər Samet Bektaş adlı əsgər həyatını itirib:

“Terror hücumu nəticəsində əsgərimiz ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Edilən bütün müdaxilələrə baxmayaraq əsgərimizi xilas etmək mümkün olmayıb. Həyatını itirən şəhidimizə Allahdan rəhmət, ailəsi, yaxınları və millətimizə başsağlığı diləyirik”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top