““AzParking”-in cərimə yazmağından söhbət gedə bilməz” — Ekspertdən narazılıqlara REAKSİYA

GÜNDƏM 01 noy 2023, 16:19
Parklanma zamanı “AzParking” tətbiqini aktiv etməyən sürücülər cərimə olunurlar. Bəzi vətəndaşlar narazılıq edir ki, cərimələri “Azparking” özü müəyyən edir. 

Məsələyə aydınlıq gətirən nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, “AzParking”-in cərimə yazmağından söhbət gedə bilməz:

“Cərimələr “Yol Hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Qanuna əsasən ödəniş etmədən parklanma yerini tərk etmiş avtomobil sürücüsü cərimələnir. Ödəniş etməyən sürücüyə cəriməni Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları yazır, onun haqqında inzibati qaydada protokol tərtib olunur. “AzParking” əməkdaşları sadəcə qeydiyyat aparır. Narazılıq edən sürücü zəhmət çəkib, “Yol Hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə nəzər yetirsə, yaxşı olar. Qanuni parklanma yerlərində ödəniş mütləq olunmalıdır, heç kimin burada şəxsi marağı yoxdur”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top