Braziliyada təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər öldü

DÜNYA 30 okt 2023, 18:30
Braziliyanın qərbində kiçik təyyarə Amazon meşəsinə düşərək alovlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, qəzada təyyarədə olan 12 nəfər həyatını itirib. Ölənlər arasında bir körpənin olduğu paylaşılıb.

Təyyarənin bağlı olduğu şirkətdən verilən açıqlamada qəzadan çox kədərləndikləri və təyyarənin yerə çırpılmasından dərhal sonra alovlandığı bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top